Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Olimpnews.az-a istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
"Ağdamın adını daşıyan təyyarə ilə "Shusha Majlis Discussion" formatında beynəlxalq beyin mərkəzləri ilə "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa regionun həm də diplomatik paytaxtı olur", - deyə Hikmət Hacıyev bildirib.//Milli.Az
Məqaləyə dair fotomateriallar: