Sabah Çexiyanın Ostrava şəhərində üzgüçülük üzrə beynəlxalq turnirə start veriləcək. Mayın 1-dək davam edəcək yarışda Azərbaycan üzgüçüləri də mübarizə aparacaqlar. Yarış bu il Budapeştdə, gələn il isə Fukoukada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar güclərini sınayacaqlar. Yarışda Azərbaycan yığma komandasını yeni tərtib olunmuş cədvələ uyğun normativləri yerinə yetirən Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edəcək.
Üzgüçülərimiz Çexiyada beynəlxalq turnirdə yarışacaqlar