“Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat məktəbinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirilib. Aprelin 29-dan mayın 3-dək keçirilən yarışın açılış mərasimində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin hörmətlə anılıb, yarış iştrakçılarına ulu öndərin həyat yolu haqqında ətraflı məlumat verilib. Turnir iki bazada 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları İdman Məktəbinin əsas binası və Binəqədi rayonu 244 nömrəli məktəbdə eyni vaxta start götürüb.
Yarış hər iki mərkzdə İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilib. Turnirdə ümumilikdə 16 yaşadək 217 nəfər şahmatçı mübarizə aparıb. Yarışda mükafatçılar sırasında yer alan şahmatçılar diplom, medal, kubok və xatirə hədiyələri ilə təltif olunublar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turniri başa çatıb