Sumqayıtda eyniadlı komanda ilə "Neftçi" arasında keçirilən Azərbaycan Premyer Liqasının XXV tur matçında insident baş verib.
Olimpnews.az xəbər verir ki, ikinci hissənin ortalarında "gənclik şəhəri" təmsilçisinin azarkeşlərindən biri AFFA nümayəndəsi Babək Quliyevə yaxınlaşaraq, baş hakim
Kamal Umudlu ilə bağlı sərt etiraz edib. Ona tribunadakı digər yerli azarkeşlər də dəstək verib.
Bu zaman 'Nefrçi"min qocaman tərəfdarlarından biri "Sumqayıt" fanatları ilə mübahisəyə girib.
İnsidentin böyüməsinə polislər imkan verməyiblər./Report/