"Pandemiyanı arxada qoyduğumuz bir zamanda, təəssüf ki, daha bir bezdirici faciə ilə üz-üzəyik. Daha əvvəl də qeyd etdiyim kimi, Avropadakı münaqişə bütün dünya, eləcə də bizim qurum üçün ciddi problemdir".
"Olimpnews"un məlumatına görə, bunu gənclər və idman naziri, Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov EG-nin rəsmi saytındakı şəxsi bloqunda yazıb.
O bildirib ki, müharibə gimnastlara, onların hazırlığına və böyük yarışlarda iştirakına mənfi təsir göstərir: "Ümidvaram ki, tezliklə sülh bərqərar olacaq və münaqişədən zərər çəkənlərin hamısı təhlükəsiz şəkildə sabitliyə və normal vəziyyətə qayıda biləcəklər".