Bakıda yelkənli qayıq üzrə “Bahar kuboku” yarışı təşkil olunub. Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən yarışda optimist ümumi və ILCA-4 sinfinin şagirdləri iştirak ediblər. Optimist ümumi sinfindən 11 və ILCA-4 sinfindən 5 şagird mübarizə aparıb. ILCA-4 sinfindən türkiyəli Dario Dəniz Ergun da yarışda iştirak edib. Optimist ümumi sinfindən Fidan Ağazadə birinci, Kristina Kərimova ikinci, Davud Babazadə üçüncü yeri tutub.
Optimist qızlar sinfindən isə Fidan Ağazadə, Kristina Kərimova və Nəzrin Məmmədova ilk üçlükdə yer alıblar. ILCA 4 sinfindən İsmail Kərimov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Dario Dəniz Ergun və Sehavet Azimov növbəti pillələrdə yer alıblar.