Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəfat edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəfat edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan 74 yaşında vəfat edib.

OlimpNews.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, Xəlifə bin Zayed Al Nəhyan 1948-ci ildə Əl-Ayn vahəsində doğulub. O 2004-cü il noyabrın 3-də BƏƏ Ali Şurası tərəfindən ölkə Prezidenti seçilib. Al Nəhyan 2009, 2014 və 2019-cu illərdə təkrar bu posta seçilib.