Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də keçiriləcək “Bakı Marafonu - 2022”-yə Gürcüstandan 20 iştirakçı qatılacaq.
OlimpNews.az-a yerli bürosu xəbər verir ki, həvəskar və peşəkar marafonçular Azərbaycanın Gürcüstandakı səfirliyinə yarışda iştirak etmək istədiklərini bildiriblər.
Heydər Əliyev Fondu və səfirliyin dəstəyi ilə 1 Azərbaycan, 1 Ukrayna, 1 Kanada, 2 Rusiya və 15 Gürcüstan vətəndaşı olmaqla ümumilikdə 20 nəfər bu gün Bakıya yola salınıb.
Səfirlikdən bildirilib ki, marafonçular ötən ilin oktyabrında Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan Tbilisi-Rustavi marafonunda iştirak ediblər.