Ağırlıqqaldıranımız gümüş medal qazandı

Ağırlıqqaldıranımız gümüş medal qazandı

3-cü İslam Həmrəyliyi Oyunlarının ağırlıqqaldırma yarışlarında - idmançımız Silviya Angelova (48 kq) birdən qaldırmada 73, təkanla 90 kq çəkini qaldıraraq, ümumi hesabda 163 kq çəkinin öhdəsindən gəlib. Bununla da idmançımız yarışların gümüş medalına layiq görülüb. Silviya həm birdən qaldırmada, həm də təkanla qaldırmada da ikinci olub.
İdmançımız mükafatlandırma mərasimindən sonra deyib: "Bu nəticəni gözləyirdim. Bu il mənim üçün düşərli oldu. Aprel ayında Albaniyada keçirilmiş Avropa çempionatında da gümüş medal qazanışdım. Avropa çempionatında qazandığım medal karyeramın ən böyük uğuru idi. İlin sonunda Polşada keçiriləcək dünya çempionatında da yüksək nəticə göstərmək istəyirəm”.