Azərbaycan çempionatında qalib müəyyənləşdi

Azərbaycan çempionatında qalib müəyyənləşdi

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı başa çatıb. Yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə xallarının sayını 5-ə çatdıraraq ilk dəfə Azərbaycan çempionu adını qazanıb.
Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib. Nəticədə, o, 4,5 xalla karyerasında ilk dəfə çempionatın gümüş mükafatçısı olub. Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub edib. Yekun sıralamada Ü.Fətəliyeva 4 xalla yarışı üçüncü pillədə başa vurub.
Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova bu dəfə yarışda dördüncü olub.
Qeyd edək ki, dairəvi sistem üzrə yeddi turdan ibarət çempionatın mükafat fondu 11 min 400 manat təşkil edib. Qalib 4 min manat pul mükafatı qazanıb.