"Qarabağ" klubu, Suraxanı Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər İdman Baş idarəsinin, eləcə də Suraxanı rayon Gənclər İdman idarəsinin təşkilatçılığı ilə bu gün gerçəkləşməli olan “Zəfər Kuboku” turniri təxirə salınıb.
Olimpnews-un məlumatına görə, 2009-2010 və 2011-2012-ci il təvəllüdlü Suraxanı məktəblilərinin iştirak edəcəyi turnir hava şəraitinə görə baş tutmayacaq.
Qeyd edək ki, oyunlar “Azersun Arena”da keçirilməli idi.