"Xəzər TV"də yayımlanan "Təsir dairəsi" ictimai-sosial verilişində gərgin anlar yaşanıb.
"Olimpnews.Az" baku.ws-ə istinadən xəbər verir ki, verilişdə qonaq olan Samirə adlı bir qadın baldızı Xuramanla əlbəyaxa davaya çıxıb.
Buna səbəb isə tərəflərin ev üstündə mübahisə etməsi olub. İş o yerə çatıb ki, verilişin çəkiliş heyəti və aparıcısı Lalə Azərtaş tərəfləri ayırmaq məcburiyyətində qalıb.