Tailandın baş naziri olan azərbaycanlı - FOTO

Tailandın baş naziri olan azərbaycanlı - FOTO

Müasir Tailand ərazisi ilə Azərbaycan arasında ticari əlaqələr XI əsrdən başlamışdı. Azərbaycandan bu ölkəyə tacirlər gedir və bəzən burada qalıb ticarətlə məşğul olurdular.

Səfəvilər dövründə də bu ölkə ilə əlaqələr tacirlər vasitəsilə aparılırdı. Azərbaycan malları bu ölkədə satılır, Tailanddan da Bakı, Şamaxı, Təbriz, Ərdəbilə mallar gətirilirdi.

"Olimpnews.az" axar.az-a istinadla bildirir ki, 1600-cü ildə Səfəvi dövlətinin xarici əlaqələrini qurmaq üçün tacir Şeyx Əhməd qardaşı Məhəmməd Səidlə birlikdə Siamda məskunlaşır. Qeyd edim ki, 1543-cü ildə indiki İran Astarasında anadan olan Şeyx Əhməd burada qeyri-formal diplomat rolunu oynayırdı və onun kral Songtamın yanında böyük nüfuzu var idi, buna görə də kral da onu Qərbdən gələn tacirlərə nəzarətçi təyin edir. Bir neçə dildə sərbəst danışan Şeyx Əhməd kral tərəfindən islam işləri naziri, sonra Baş nazir təyin edilir. Tailandda Baş nazir olandan sonra Taj Bünnaq adını götürən Şeyx Əhməd buddizmi qəbul edir, zamanla onun nəslinin Azərbaycanla əlaqələri kəsildiyi üçün assimilyasiya olurlar.

Əsrlər boyu onun ailəsi ştatda əsas vəzifələr tutmuş və Tailand tarixində ən görkəmli ailələrdən biri olmuşdur. Bu gün də bu nəslin nümayəndələri Tailanda yüksək vəzifələr tuturlar və maraqlıdır ki, nəslin nümayəndələri içərisində alimlərdən biri Javad adlanır və hazırda bu ölkədə nüfuzlu adamdır.

Qeyd: Tailandın Ayuttaha şəhərində Şeyx Əhməd Quminin məqbərəsi yerləşir. Fotosunu təqdim edirik: