"Hər kəsi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu gün dövlətimizin qarşısında böyük tapşırıqlar dayanır. Bir xalqın inkişafı üçün müstəqillik önəmli amildir. 1998-ci ildə ulu öndərin qərarı ilə Azərbaycan mətbuatı tam şəkildə azad və sərbəst fəaliyyət göstərməyə başladı".
Olimpnews.az məlumatına görə, bunu Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı, eyni zamanda "Cəbrayıl, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuş Zaur Hüseynov İdman Araşdırmalar Mərkəzinin (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku barədə danışarkən deyib.
"Xocavənd" və "Qubadlı" komandaları arasında yarımfinal oyununu izləyən hərbçi bildirib ki, Vətən müharibəsindəki şanlı qələbənin nəticəsi kimi, jurnalistlər azad olunmuş torpaqların adlarını daşıyan komandalarla belə bir turnirdə çıxış edirlər: "Fəxr edirəm ki, mən də bu tədbirdə iştirak edirəm. Təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Biz tək müharibə vaxtı deyil, hər zaman bir olmağı bacarırıq. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu torpağın sahibləri qayıdıb. Əldə silah, əldə bayraq, ürəyində vətən sevgisi. Komandalara uğurlar diləyirəm".