Yerlər dolub, artıq gecdir - Həcc ziyarətilə bağlı AÇIQLAMA

Yerlər dolub, artıq gecdir - Həcc ziyarətilə bağlı AÇIQLAMA

Azərbaycanda Həcc ziyarətinə gediş üçün sənəd qəbulu iyunun 1-də başa çatacaq.

Bunu Novoye-Vremya.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Qurum rəsmisinin sözlərinə görə, Həcc üçün ayrılan yerlər artıq dolub və bu səbəbdən müraciət etmək artıq gecdir.

“Sistem iki gündən sonra bağlanacaq, yerlər dolub və biz bunu artıra bilmərik, çünki otellərin tutulması, qidalanma üçün yeni müqavilələr imzalanmalıdır, bu da indiki halda mümkün deyil”, -  deyə V. Cahangiri vurğulayıb.

Xatırladaq ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu mayın 25-də başlayıb.