Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində ilk görüşlərini keçirəcək.
"OlimpNews"un məlumatına görə, Məmmədyarov I turda norveçli Aryan Tari ilə ağ, Rəcəbov ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayacaq.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.