Ağırlıqqaldırmada daha bir medal qazandıq

Ağırlıqqaldırmada daha bir medal qazandıq

Namiq Cəmilov,
III İslam Həmrəyliyi oyunlarının bürünc mükafatçısı:
- İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunları Azərbaycan komandası üçün uğurla davam edir. Mən də komandamızın digər üzvləri kimi yarışa medal qazanmaq üçün qatılmışdım. Tanrıya şükürlər ki, arzuma çatdım. Komandamıza 12-ci medalı qazandırdığıma görə şadam. Bürünc medalların qazanılmasında federasiya rəhbərliyinin, baş məşqçimin əməyi danılmazdır. Mənə sonadək dəstək olduqlarına görə onlara öz minnətdarlığımı bildirirəm. İnanıram ki, növbəti günlərdə də komandamızın üzvləri uğurlu çıxış edib, medallarımızın sayını artıracaqlar. Digər idmançılarımıza III İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayıram”.