Qadın futbolçulardan ibarət Azərbaycan yığmalarının rəqibləri bəlli olub

Qadın futbolçulardan ibarət Azərbaycan yığmalarının rəqibləri bəlli olub

17 və 19 yaşadək qadın futbolçular arasında 2023-cü il Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Olimpnews.az məlumatına görə, U-17 B Liqasında Slovakiya və Latviya yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb.

Bu qrupun oyunları 23 - 29 sentyabrda Latviyada baş tutacaq. B Liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələdə A Liqasının 7 qrup qalibi isə final mərhələsinə vəsiqə əldə edəcək.

U-19 isə B Liqasının 1-ci qrupunda Xorvatiya, Monteneqro və Kipr yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 4-10 oktyabrda Xorvatiyada təşkil olunacaq Xorvatiyada təşkil olunacaq. İlkin mərhələdə A liqasının qrup qalibləri növbəti mərhələyə vəsiqə qazanacaq. Sonuncu yeri tutan komandalar isə B liqasına düşəcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunur.