FIDE reytinqi: Məmmədyarov geriləyib, Rəcəbov mövqeyini qoruyub

FIDE reytinqi: Məmmədyarov geriləyib, Rəcəbov mövqeyini qoruyub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Olimpnews.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Şəhriyar Məmmədyarov 2 751 xalla 7 pillə geriləyərək, 14-cü sırada qərarlaşıb. 2 753 xalı olan Teymur Rəcəbov isə 13-cü yerdəki mövqeyini qoruyub.

Qədir Hüseynov (2 668) 78-ci, Rauf Məmmədov (2 656) isə 88-ci sıraya enib.

Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2 806 xalı olan çinli Dinq Liren ikinci, Fransa təmsilçisi Alireza Firuzcanı (2 793) 3-cü sırada yer alıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 454) 26-cı, Gövhər Beydullayeva (2 390) 59-cu sıraya yüksəlib. Gülnar Məmmədova (2 380) 68-ci pilləyə enib. Xanım Balacayeva isə ilk "100-lüy"ü tərk edib.