Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 230 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Olimpnews.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.
Xəbərə görə, ölkədən çıxışı qadağan olan 357 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 27 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.