Polis ehtiyatsızlıq səbəbindən həyatla vidalaşdı

Polis ehtiyatsızlıq səbəbindən həyatla vidalaşdı

14.04

Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov bu gün təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

"Polis əməkdaşı dərhal DİN-in Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib. Allah rəhmət eləsin!” - məlumatda qeyd edilib.

 

13.10

Bakı-Sumqayıt yolunda intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, 99-SM-907 dövlət nömrə nişanlı, "Niva” markalı avtomobili idarə edən şəxs maşının içində özünə qəsd edib.

Onun özünü silahla başından vurduğu bildirilir.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.