Ukraynalı modeldən daha bir paylaşım: "Ramili müdafiə edənlərə səslənirəm..."

Ukraynalı modeldən daha bir paylaşım: "Ramili müdafiə edənlərə səslənirəm..."

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Ramil Şeydayevin ukraynalı model Luiza Filatiovaya yazdığı mesaj gündəm olmaqda davam edir.

OlimpNews.az xəbər verir ki, bu barədə Filatova "instaqram" hesabında açıqlama yayıb. O, 26 yaşlı hücumçunu müdafiə edənləri tənqid edib.

"Bu barədə "instaqram" hesabımda məlumat vermişdim. İndi Ramili müdafiə edənlərə səslənirəm ki, onun bir qadına etdiyi bu hərəkət yolverilməzdir. Məşhur futbolçu olsa belə, qadını üzməyə haqqı yoxdur. Düşünün ki, bu "zarafat" qızınıza, ananıza və sevgilinizə yazılıb. O zaman nə edərsiz? Bu şəxsi ( Ramili ) müdafiə edib, mənə təhdid dolu mesajlar göndər insanlar, fikirləşin ki, kimi müdafiə edirsiniz. Azərbaycanın qanaqpərvərliyi budurmu? Mənim yeganə günahım bu haqda daha çox şey deməməyimdir".

Xatırladaq ki,Ramil ukraynalı gözələ iki səs yazısı göndərib. O, bunların birincisində  "Üzün çox tanış gəlir, təsadüfən musiqi ilə məşğul olmamısan?" deyə soruşur. Ukraynalı xanım musiqi ilə məşğul olmadığını yazır. Ramil növbəti səs yazısında "Bəs onda niyə alətimi sənə etibar etmək istəyirəm?", - deyir.