Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası səyyar görüşlərə start verib.
"OlimpNews"un məlumatına görə, ilk görüş Bakıda Dənizkənarı Bulvar ərazisindəki "Kiçik Venesiya şəhərciyi"ndə baş tutub.
Bildirilib ki, belə görüşlərin keçirilməsində məqsəd həm paytaxtda, həm də avarçəkmə idman növünün inkişafı üçün uyğun su hövzələrinə malik regionlarda yeniyetmə və gəncləri bu idman növünə cəlb etmək, kütləviliyi artırmaq və perspektivli idmançıları üzə çıxartmaqdır.