Bakının mərkəzində yanğın olub - YENİLƏNİB - VİDEO

Bakının mərkəzində yanğın olub - YENİLƏNİB - VİDEO

16:28

Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində otluq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN-dən məlumat verilib.

Əlavə məlumat veriləcək.

-------

15:25

Bakının mərkəzində güclü yanğın başlayıb.

Day.Az xəbər verir ki, yanğın Molla Pənah Vaqif 3 prospektində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qrupu cəlb olunub.