''Formula-1'' Avropa Qran-prisinin başlamasına az qalmış, trekin əhatə etdiyi ərazilərdəki mənzillərin kirayə qiyməti artıb.
Xəzər TV-yə istinadən xəbər verir ki, əsasən də paytaxtın Neftçilər, Xəqani, Rəşid Behbudov, İstiqlaliyyət küçələri və Azadlıq prospketində mənzilini kirayə verən şəxslər müştəri axtarmağa bağlayıblar.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyib ki, tələbat çox olduğundan həmin ərazilərdə evlərini kirayə verən şəxslər qiyməti artırıblar.
Rieltor Zakir Kərimov isə bildirib ki, belə evlərə yerli sakinlərin marağı elə də çox deyil. Kirayə mənzillərə bu cür ərazilərdə ən çox əcnəbilər maraq göstərirlər. Onlar həmin evlərdə həm yaşayırlar, həm də ''Formula-1'' yarışını rahat izləyirlər.
Ev sahibləri tərəfindən eyvanlarda televizor da qoyulacaq ki, qonaqlar trekin görünməyən ərazilərini izləyə bilsinlər.
Qeyd edək ki, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur. Sadəcə ev sahibləri və ya onların mənzilində kirayə qalan şəxslərin hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: