Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində növbəti görüşlərini keçirəcəklər.
"Olimpnews"-un məlumatına görə, Məmmədyarov yarışın dördüncü günündə çinli Van Hao ilə qara fiqurlarla oynayacaq.
37 yaşlı qrossmeyster hazırda 4 xalla 6-cı pillədə qərarlaşıb.
Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla üz-üzə gələcək. 1,5 xala malik olan 35 yaşlı iti zəka sahibi sonuncu - 10-cu yerdədir.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.