Bakıda mərkəzi yolların daha bir hissəsi bağlanır

Bakıda mərkəzi yolların daha bir hissəsi bağlanır

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədilə quraşdırma işləri davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH)  Olimpnews.az-a verilən məlumata görə, Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsində nəqliyyatın hərəkəti 4 iyuna keçən gecə təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə qismən məhdudlaşacaq.

Burada nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq.

Həmçinin, 5 iyuna keçən gecə Neftçilər prospektindəki Bakı Dəniz Vağzalının önündə beton blokların quraşdırılması həyata keçiriləcək. Bununla əlaqədar yol bir qədər daralacaq.

BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.