Azərbaycan yığmasının oyununun yayımındakı texniki problemin səbəbi açıqlanıb

Azərbaycan yığmasının oyununun yayımındakı texniki problemin səbəbi açıqlanıb

Hazırda UEFA Millətlər Liqasında keçirilən Qazaxıstan - Azərbaycan oyununun canlı yayımında texniki problemlər yaşanır.

Yayımçı "CBC Sport" telekanalından Olimpnews.az-a verilən məlumata görə, bu, qarşı tərəfin siqnalı ötürə bilməməsindən qaynaqlanır.

Məsələyə UEFA-nın monitorinq qrupu da qarışıb. Problemin qısa zamanda aradan qaldırılması üçün iş gedir.

"Texniki problemə görə izləyicilərdən üzr istəyirik" deyə telekanaldan bildirilib.

Qeyd edək ki, Nur-Sultandakı "Astana Arena"da keçirilən görüşdə hazırda meydan sahibləri öndədir - 2:0.