Cəlal Qurbanov atdan yıxıldı: Vəziyyəti ağırdır - VİDEO

Cəlal Qurbanov atdan yıxıldı: Vəziyyəti ağırdır - VİDEO

Nəğməkar-şair Cəlal Qurbanovun Novxanıda atdan yıxılaraq xəsarət aldığı həmin anın görüntüləri yayılıb. 

Qaynarinfo xəbər verir ki, videoda at çapan şairə itlərin hücum etdiyi əks olunub.

Belə ki, itlər C.Qurbanovun atına hücum edib, at hürkdüyündən şairi yerə çırpıb. 

Qeyd edək, C.Qurbanov hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.