Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində növbəti görüşlərini keçirəcəklər.
Olimpnews-un məlumatına görə, Məmmədyarov yarışın 6-cı günündə norveçli dünya çempionu Maqnus Karlsenlə qara fiqurlarla oynayacaq.
37 yaşlı qrossmeyster 8,5 xalla 4-cü pillədə qərarlaşıb.
Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla ağ fiqurlarla mübarizə aparacaq. 3 xala malik olan 35 yaşlı iti zəka sahibi 9-cu sıradadır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.