"Formula 1" üzrə Azərbaycan Qran-prisində uşaqlar üçün xüsusi zona olacaq.
Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Olimpnews.az-a verilən məlumata görə, uşaqlar və yeniyetmələr üçün Dənizkənarı Milli Park ərazisində “Game Park” quraşdırılıb.
Burada uşaqlar üçün “Upside Down” illüziya otağı, “Climbing Wall” dırmanma divarı, “Helmet Bouncy Castle” batut qurğusu fəaliyyət göstərəcək.
Bundan əlavə, azyaşlılar "Trampoline" qurğusunda fərdi yarış keçirə, “Have a ride”də isə "Formula 1" yarış halqasının kiçik ölçüdə quraşdırılmış hissəsində bacarıqlarını göstərə bilərlər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.