"Formula 1" komandası "Alfa Romeo" Azərbaycan Qran-prisində İtaliya bayrağının rənglərində hazırlanmış xüsusi livreya ilə çıxış edəcək.
"Olimpnews"un məlumatına görə, livreyada dəyişiklik İtaliya şirkətinin yeni krossoveri - "Alfa Romeo Tonale"nin satışına başlanması şərəfinə edilib.
Bolidin yenilənmiş livreyasındakı yaşıl rəng İtaliya bayrağındakı rənglə yanaşı, "Tonale" satışlarının başlanğıcında istifadə edilən “Monreal Green”lə bağlıdır.
Qeyd edək ki, bu gün start görürəcək Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq. "Alfa Romeo" cari mövsüm Konstruktorlar Kubokunda 41 xalla beşinci sıradadır. Komandanın pilotu Valtteri Bottas 40 xalla 8-ci, onun komanda yoldaşı Çjou Quanyuy 1 xalla 18-ci yerdədir.