2023-cü ildə "Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri Cənubi Afrika Respublikasında (CAR) keçirilə bilər.
"Olimpnews" "Daily Mail"ə istinadən xəbər verir ki, yarış rəhbərliyi Cənubi Afrika Qran-prisini təqvimə əlavə etməyi planlaşdırır.
"Formula 1" prezidenti Stefano Domenikalinin bu məqsədlə növbəti həftə CAR-a səfəri nəzərdə tutulub.
Qeyd edək ki, Afrika qitəsində sonuncu "Formula 1" yarışı 1993-cü ildə gerçəkləşib.