"Düşünürəm ki, Azərbaycan Qran-prisində hər dəfə fərqli çempionun olması Bakı trekinin çətinliyi ilə bağlıdır".
Bunu "Olimpnews"a açıqlamasında "McLaren" komandasının pilotu Daniel Rikkardo deyib.
23 yaşlı avstraliyalı sürücü bildirib ki, Bakıda qalib gəlmək üçün pilotun bəxti gətirməlidir: "Əks halda bolidin maneələrə çırpılmasından qurtula bilməzsən. Ancaq nə qədər çətin olsa da, bu şəhər treki çox xoşuma gəlir".
Qeyd edək ki, Daniel Rikkardo Azərbaycan Qran-prisini 8-ci sırada başa vurub. Pilot 2017-ci ildə Bakıdakı yarışda qalib olub.