MOK-un “Olimpiya Gündəliyi 2020” Komissiyasının iclası olub

MOK-un “Olimpiya Gündəliyi 2020” Komissiyasının iclası olub

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) “Olimpiya Gündəliyi 2020” Komissiyasının iclası keçirilib. İclasda komissiya üzvlərini salamlayan MOK-un Baş katibi və komissiyanın sədri Azər Əliyev 2022 Avropa Gənclərin Yay Olimpiya Festivalı (24-30 iyul, 2022),  Konya 2022 İslam Həmrəyliyi Oyunlarında (9-18 avqust, 2022) OCEP proqramının tətbiqi və proqram məktəblərinin iştirakı haqda məlumat verib. Daha sonra komissiyanın “İdman hamı üçün” və “Qadın idmanda“ televiziya proqramları ilə bağlı cari mövsüm müzakirə edilib. Komissiya üzvləri yeni mövsüm üçün təkliflərini səsləndiriblər. Milli Olimpiya Komitəsinin 30 illik yubileyi ilə yanaşı, “Olimpiya Gündəliyi 2020” Komissiyasının 5-ci ildönümünün qeyd olunması ilə əlaqədar layihələr müzakirə edilib. Komissiya üzvləri “Olimpiya Gündəliyi 2020” Komissiyasının 5-ci ildönümünə həsr edilmiş rəqəmsal layihəyə müsbət rəy veriblər.
Qeyd edək ki, “Olimpiya Gündəliyi 2020” Komissiyasının əsası 2017-ci ildə qoyulub. Komissiya BOK tərəfindən yenilənmiş strateji sənədin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir.

MOK-un “Olimpiya Gündəliyi 2020” Komissiyasının iclası olub