İki atletimiz Konya-2021-in finalında

İki atletimiz Konya-2021-in finalında

V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən atletika yarışları davam edir. Bu gün mübarizəyə qoşulan Azərbaycanın iki atleti Oyunların final mərhələsinə vəsiqə əldə edib. Atletlərimizdən Yelena Pextireva və Yekaterina Sariyeva təsnifat mərhələsində uzunluğa tullanma yarışı üzrə müvafiq olaraq, 5.92 və 5.98 metr nəticə göstəriblər. Atletlərimiz bu nəticə ilə avqustun 9-da təşkil olunacaq final oyununda mübarizə aparmaq imkanı qazanıblar.