Konya-2021: Basketbolçularımız 1/4 finalda 

Konya-2021: Basketbolçularımız 1/4 finalda 

Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ardıcıl 3-cü qələbəsini qazanıb. Yığma bu dəfə Mərakeşin komandasını məğlubiyyətə uğradıb. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən milli komanda sonadək üstünlüyünü qoruyub - 18:11. Bununla da yığma 1/4 finala vəsiqəni təmin edib.
Azərbaycanın Sudanla qrupdakı son matçı rəqibin oyuna gəlməməsi üzündən baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı əvvəlki oyunlarında Maliyə 18:15, Türkiyəyə isə 21:12 hesabı ilə qalib gəlib.