Almaniyanın Münhen şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçirilir. Çempionatda əvvəlcə qadın gimnastlar mübarizəyə qoşulublar. Azərbaycanı bu yarışda Nazənin Teymurova, Duyğu Əlizadə, Milana Minakovskaya, Samirə Qəhrəmanova təmsil edib. İdmançılarımızdan ən yaxşı nəticəni Nazənin Teymurova göstərib. Belə ki, gimnastımız dayaqlı tullanma üzrə hərəkətlərdə uğurla çıxış edərək Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qadın idman gimnastikası üzrə gənclər yaş kateqoriyasında finala vəsiqə qazanıb.
Nazənin bununla həmçinin bu idman növü üzrə Avropa çempionatının final mərhələsinə adlayan ilk azərbaycanlı gimnast kimi adını tarixə yazdırıb. Final mərhələsinin yekununa əsasən idmançımız qitə çempionatını 5-ci pillədə başa vurub.
Gənc gimnastımız ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb