Dünya Kubokunun proqramında dəyişiklik edildi

Dünya Kubokunun proqramında dəyişiklik edildi

Noyabrın 4-6-da Bakı İdman Sarayında təşkil olunacaq yunan-Roma güləşi üzrə Dünya Kubokunun proqramında dəyişiklik olub. Belə ki, turnirin iştirakçılarından olan Serbiya millisi yarışda iştirak edə bilməyəcək. Buna səbəb isə komandanın heyətindəki idmançıların əksəriyyətində COVID-19 virusunun aşkarlanmasıdır.

Beləliklə, Dünya Kubokunda 5 komanda - Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Dünya yığması iştirak edəcək. Serbiya millisiylə eyni qrupda yer alan Azərbaycan və Dünya yığmasına texniki qələbə veriləcək.