Sabah paytaxtımız Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək. Bu gün artıq yarışın püşkatma mərasimi keçirilib. 61 ölkədən 366 cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan 37 (28 kişi, 9 qadın) cüdoçu ilə təmsil olunacaq. Bu gün yarışın püşkatma mərasimi keçirilib. Tədbirdə Beynəlxalq Cüdo Federasiyası (İJF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxışlardan sonra İJF-in tədbirlər direktoru Lisa Allan Bakıdakı “Böyük dəbilqə” turniri haqqında məlumat verib və püşkatma mərasiminə start verilib.
“Böyük dəbilqə” turnirinin püşkü atıldı