Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir. Yarşların ikinci günündə daha 12 cüdoçumuz tatami üzərinə çıxacaq. Bu gün milli komandamızın üzvlərindən Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Vüsal Qələndərzadə (hamısı 73 kq), Səid Mollayi, Elcan Hacıyev, Zelim Tçkayev, Ömər Rəcəbli (hamısı 81 kq), Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva (hər ikisi 63 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) qüvvələrini sınayacaqlar.
Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışın ilk günündə cüdoçularımız – 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev qızıl, eyni çəki dərəcəsində Kəramət Hüseynov və Orxan Səfərov (66 kq) bürünc medal qazanıblar
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.
“Böyük dəbilqə”də ikinci gün