Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində ikinci yarış gününə yekun vurulub. Komandamız günü iki qızıl medalla başa vurub. Qızıl medalları komandamıza Hidayət Heydərov (-73 kq) və Səid Mollayi (-81 kq) qazandırıb. -73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov finalda kanadalı cüdoçu Artur Marqelidona qalib gələrək “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb. Bu Bakıda keçirilən “Böyük dəbilqə” turnirində Hidayətin qazandığı ikinci qələbəsidir. -81 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Səid Mollayi finalda Belçika təmsilçisi Matias Kasseyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, yarışların birinci günündə komandamız 3 medal qazanmışdı. Təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olmuşdular.
“Böyük dəbilqə” turnirində daha iki qızıl medal