Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Yarışların üçüncü günündə Azərbaycan komandası bir qızıl və bir bürünc medala sahib olub. Qızıl medalı komandamıza Zelim Kotsoyev (100 kq) qazandırıb. 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov isə bürünc medala yiyələnib. Beləliklə, cüdo üzrə Azərbaycan millisi yarışları 6 medalla başa vurublar.
Qeyd edək ki, yarışların ilk iki günündə Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal əldə etmişdi. Komandamız bu nəticə ilə medal sıralamasında birinci yeri tutub.
Cüdoçularımız “Böyük dəbilqə”ni 6 medalla başa vurdular