Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində üçüncü yarış gününə start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışın sonuncu günündə kişilər arasında -90 kq, -100 kq və +100 kq çəki dərəcələrində 12 cüdoçumuz medallar uğrunda mübarizə aparır.
-90 kq çəki dərəcəsində, Məmmədəli Mehdiyev, Murad Fətiyev, İbrahim Ağakişiyev, Nihad Şıxəlizadə tatamı üzərinə çıxacaq. Zelim Kotsoyev, Elmar Qasımov, Aslan Mirzəyev, Hüseyn Dadaşov isə -100 kq çəki dərəcəsində yarışacaq. +100 kq çəkidə isə Camal Qamzatxanov, Kənan Nəsibov, Toğrul Salmanov, İbrahimxəlil Ömərov medallar uğrunda yarışacaq.
“Böyük dəbilqə”: Bu gün 12 cüdoçumuz tatamı üzərinə çıxacaq