Boksçularımız Polşaya yollanırlar

Boksçularımız Polşaya yollanırlar

Noyabrın 9-da Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirə start veriləcək. 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası 13 idmançı ilə təmsil olunacaq. Yığmanın məşqçilər korpusu yarışda Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Əliyev, Alfonso Dominqes (hər ikisi 86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Bu gün Polşaya yollanan boksçularımız noyabrın 14-də Vətənə dönəcək.
Qeyd edək ki, yarışın püşkü sabah atılacaq