Boksçular Biləsuvarda bir araya gəliblər 

Boksçular Biləsuvarda bir araya gəliblər 

Biləsuvar rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında boks üzrə rayon birinciliyi keçirilib. Biləsuvar Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə müxtəlif çəki dərəcəsində 64 idmançı mübarizə aparıb. Tədbirdə çıxış edənlər əvvəlcə Zəfər Günü münasibətilə idmançıları təbrik edib, son illər rayonun onlarla idmançısının respublika səviyyəli yarışlarda uğurla çıxış etməsinin sevindirici hal olduğu vurğulanıb. Sonda qaliblər diplomlarla təltif ediliblər.