Qazaxıstanlı boksçu Aydos Erbosınul kubalı Devid Morrilya ilə görüşdə ciddi zədə alıb. Noyabrın 5-də Minneapolisdə keçirilən görüşün 12-ci raundunda nokauta düşən Aydos ağır vəziyyətdədir. Boksçunun məşqçi köməkçisi Emmanuel Savoya bildirib ki, həmin görüş 9-cu raundda saxlanılmalı idi. Kəskin zərbələrə tuş gələn Aydosun etirazlara məhəl qoymaması vəziyyəti bu həddə çatdırıb.
Rinqdən birbaşa xəstəxanaya aparıldı
![Rinqdən birbaşa xəstəxanaya aparıldı](https://olimpnews.az/uploads/img/posts/2022/11/08/айдосjpg-1667925108.jpg)