Mini futbol üzrə çempionata yekun vurulub 

Mini futbol üzrə çempionata yekun vurulub 

Siyəzəndə yeniyetmələr arasında 3x3 mini futbol üzrə çempionatın qalibləri müəyyənləşib. Siyəzən Rayon Gənclər və İdman İdarəsinin 12 Noyabr - Konstitusiya Günü münasibətilə təşkil etdiyi yarışda 2009-2010-cu il təvəllüdlü yeniyetmələr mübarizə aparıblar.
Yarışın məqsədi futbola marağın artırılması, yeniyetmələrin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi və sağlam həyat tərzinə cəlb olunması, həmçinin onların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi daşıyıb.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunların nəticəsinə əsasən “Aslanlar” komandası I, “Vikinqlər” komandası II, “Dağlılar” komandası isə III olub.
Yarışda mükafatçılar sırasında yer alan komandaların üzvləri təşkilatçılar tərəfindən fəxri fərmanlarla təltif olunublar.