Premyer Liqanın cari mövsümü ərzində baş verən prosseslər müzakirə olunub

Premyer Liqanın cari mövsümü ərzində baş verən prosseslər müzakirə olunub

“Baku Marriott Hotel Boulevard” hotelində AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak ediblər.

Elçin Məmmədov klubların lisenziyalaşdırılması üzrə yeni qaydalarda ötən mövsümə nisbətən baş vermiş mühüm dəyişikliklər barədə təqdimatla çıxış edib.

İclasda Azərbaycan Premyer Liqasının cari mövsümü ərzində baş verən prosseslər, oyunların daha yaxşı təşkili, milli komandanın oyunçuların imic hüquqları ilə bağlı və digər məsələlər müzakirə olunub.

Sonda Sərxan Hacıyev klublara ayrılan maliyyə vəsaiti üçün müəyyən olunan meyarlar barədə məlumat verib və bu mövzuda fikir mübadiləsi aparılıb.