Ronaldo "Valyadolid"i saxlaya bilmir

Ronaldo "Valyadolid"i saxlaya bilmir

Braziliyalı əfsanəvi futbolçu Ronaldo sahibi olduğu "Valyadolid" klubunu satmaq qərarına gəlib. Buna səbəb klubun La Liqada iştirak edəndən sona xərclərinin əhəmiyyətli dərəcədə artmasıdır. "Valyadolid"in illik xərci 22 milyondan 55 milyona avroya yüksəlib. Qeyd edək ki, Ronaldo 2018-ci ildə “Valyadolid”in səhmlərinin 51 faizini 30 milyon avroya alıb, bir il sonra isə payını daha 21 faiz artırıb. Hazırda "Valyadolid" La Liqada 17 xalla 12-ci pillədə qərarlaşıb.